Bu günə abituriyentlərin sayı 50 mindən çoxdur

12:30 | 21.04.2014
Bu günə abituriyentlərin sayı 50 mindən çoxdur

Bu günə abituriyentlərin sayı 50 mindən çoxdur

Sənədlərin qəbulu aprelin 30-dək davam edəcək.2014/2015-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin sənəd qəbulu davam edir.APA xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, aprelin 1-dən başlayan bu prosesdə indiyədək 58457 nəfər sənəd verib. Sənəd verərək ərizəsini təsdiqlədən abituriyentlərin 52023-ü Azərbaycan, 6434-ü isə rus bölməsi üzrə sənədlərini təqdim edib. Abituriyentlərin 20416-sı I, 14291-i II, 16617-si III, 7133-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və komissiyanın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə edə bilərlər.ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM