Bu gün "Avroviziya" müsabiqəsinin finalıdır - VİDEO

13:29 | 14.05.2022
Bu gün

Bu gün "Avroviziya" müsabiqəsinin finalıdır - VİDEO

Bu gün İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı "Avroviziya” mahnı müsabiqəsinin finalı keçiriləcək.
 
İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico”da baş tutacaq finalda 25 ölkənin təmsilçiləri yarışacaqlar.
 
Müsabiqənin qalibi adı uğrunda  Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyanın təmsilçiləri yarışacaq. 
 
Dünyanın ən böyük canlı musiqi tədbirində Azərbaycanı təmsil edən Nadir Rüstəmli "Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. Səsvermə zamanı iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri "İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək.
 
 "Avroviziya” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya "Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə keçən il "Avroviziya” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə  "Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edir. 
 
Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli "Fade To Black” adlı mahnı ilə təmsil edir.  
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb