Azərbaycan xanımları Mehriban Əliyevaya bənzəmək istəyir- Deputat/VIDEO

11:40 | 24.05.2024
Azərbaycan xanımları Mehriban Əliyevaya bənzəmək istəyir- Deputat/VIDEO

Azərbaycan xanımları Mehriban Əliyevaya bənzəmək istəyir- Deputat/VIDEO

Bu gün Azərbaycan xanımları Hollivud ulduzlarına yox, Mehriban Əliyevaya bənzəmək istəyir. Bunu deputat Razi Nurullayev deyib.
 
"Indi məni söyəcəklər ki, sən müxalifət ola-ola niyə Mehriban xanımın mərhəmətindən danışırsan? Neyniyim, ürəyimdən keçənləri deməyim? Hisslərimi, baxışlarımı, arzularımı dilə gətirməyim? Ürəkdə bir, üzdə ayrı danışım? ikiüzlülükmü edim? Əyər siyasət ikiüzlülkdürsə, yalan danışmaqdırsa, hər gözəl halı inkar etməkdirsə, min dona girməkdirsə, belə siyasəti qəbul etmirəm”, - deputat Milli Məclisdə çıxışında bildirib.
 
Deputat söyləyir ki, artıq Azərbaycan xanımları Mehriban Əliyevaya bənzəmək istəyir. 

"Bu gün sevinmək lazımdır ki, Azərbaycan xanımları Mehriban xanıma bənzəmək istəyir. Əvvəllər istəyirdilər ki, Hollivud ulduzlarına bənzəsinlər, dünyanın ən məşhur ikonaları kimi geyinib hərəkət etsinlər. İndi isə Mehriban xanım xeyirxah əməlləri, stili və dünya görüşləri ilə özü bir dünya ikonasına çevrilib. Nəinki Azərbaycan xanımları, həm də dünyada ona oxşamaq istəyənlər var. Kim nə düşünür düşünsün, fikir ayrılığı, siyasət fərqliliyi, ideoloji ayrılıqlar da ola bilər. Amma, heç nə insanı dürüst olmaqdan və həqiqətləri söyləməkdən çəkindirməməlidir”, - deputat əlavə edib.
 


 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM