Bu gün Bakıda etiraz aksiyası keçirilib - FOTO/VIDEO

17:31 | 08.03.2020
Bu gün Bakıda etiraz aksiyası keçirilib -  FOTO/VIDEO

Bu gün Bakıda etiraz aksiyası keçirilib - FOTO/VIDEO

Martın 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Meydanında "8 MARŞ - Bizimdir Hürr Küçələr” adlı yürüş keçirib.

Aksiya iştiracçıları  "Şiddətə susma!”, "Küçələrdən qorxma", "Azadlığı boğma!" kimi şüarlar səsləndiriblər. 
  
Aksiyanın əsas şüarı binalardan birinin üzərindən də asılıb.

Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliləməsinin qarşısı alınıb. Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları əllərindən alıblar.
 
Mülki geyimli polislər aksiyaçılara fiziki təzyiq göstərib, onlardan bir neçə nəfəri saxlanılıb. Bununla belə, aksiya müxtəlif istiqamətlərdə davam etdirilib.
Bununla belə təşkilatçılar polislərin əhatəsində bəyanatlarını səsləndirə biliblər. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM