DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.
İdarədən verilən məlumatda deyilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !