Bu gündən GUAM-a sədrlik Azərbaycana keçib

10:38 | 01.01.2024
Bu gündən GUAM-a sədrlik Azərbaycana keçib

Bu gündən GUAM-a sədrlik Azərbaycana keçib

Bu gündən Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova birliyinə (GUAM) sədrlik Ukraynadan Azərbaycana keçib.

Bu barədə qərar Milli Əlaqələndiricilər Şurasının dekabrın 1-dəki iclasında qəbul edilib.

İclasda, həmçinin, Ukraynanın GUAM-da sədrliyinin yekunları və Azərbaycan sədrliyinin prioritetləri nəzərdən keçirilib.

Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə isə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi idi.
Xatırladaq ki, GUAM - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommünike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-08, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti