• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
14.08.2024 10:21
Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən  bildirilib ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək.


Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.


Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Audiovizual Şura yayım şirkətini cərmələyib
Cəmiyyət 18:06
Audiovizual Şura yayım şirkətini cərmələyib
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Cəmiyyət 17:40
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr olub
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Cəmiyyət 17:24
Bakıda parklanma məntəqələrinin sayı azaldılıb
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Cəmiyyət 17:00
Qoyun otaran 20 yaşlı gənci ilan sancıb
Qadınları fotoları ilə şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 16:32
Qadınları fotoları ilə şantaj edən şəxs saxlanılıb
Ərdoğan İlham Əliyevi nəvəsi olması münasibətilə təbrik edib
Cəmiyyət 15:17
Ərdoğan İlham Əliyevi nəvəsi olması münasibətilə təbrik edib
Sabirabadda öldürülən qızın atası danışıb
Cəmiyyət 14:55
Sabirabadda öldürülən qızın atası danışıb
Hüquqi maarifləndirmə ilə bağlı problemlərimiz var - Adil Vəliyev
Cəmiyyət 12:35
Hüquqi maarifləndirmə ilə bağlı problemlərimiz var - Adil Vəliyev
Sabah 29 dərəcə isti olacaq
Cəmiyyət 12:16
Sabah 29 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol