"Bu il Bakıda 45 mindən artıq piyada cərimələnib"

13:45 | 31.07.2015

"Bu il Bakıda 45 mindən artıq piyada cərimələnib"

Piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir

"2015-ci ilin əvvəlindən indiyədək Bakı şəhər üzrə 45 mindən artıq piyada saxlanılaraq inzibati qaydada cərimələnib". Bunu "Report"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

O bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqaməti üzrə idarə tərəfindən lazımi tədbirlər görülür: "Bakı şəhəri üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM