Strateji Yol Xəritəsinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində Əmlak Məsələləri Dövlət Komitəsi ümumi hədəflər üzrə qurumlar arasında ilk onluqda qərarlaşıb.
anews.az xəbər verir ki, komitə milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib.
Bildirilir ki, 2017-ci ildə artıq 40-a yaxın hərrac keçirilib, 1400-ə yaxın dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Komitə vətəndaşların işinin sadələşdirilməsi üçün bu sahədə də elektron xidmətlərin sayını artırır. 36 elektron xidmətdən 9-u özəlləşdirilmə sahəsinə aiddir.
Komitənin innovativ addımlarından biri nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi üzrə tətbiq olunan elektron hərraclardır. Yaxın vaxtlarda isə bütün növ dövlət əmlakının özəlləşdirilməsi elektron hərrac vasitəsilə mümkün olacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !