Bu il Kərkicahan, Xocalı və Suqovuşana köç olacaq

11:01 | 24.06.2024
Bu il Kərkicahan, Xocalı və Suqovuşana köç olacaq

Bu il Kərkicahan, Xocalı və Suqovuşana köç olacaq

2024-cü ildə Xocalı, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
 
"Artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək. Hazırkı tarixədək isə Ağdərə rayonun Talış kəndinə 20 ailə köçürülmüş, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır. Növbəti illərdə bu say dəfələrlə artacaqdır",- o Xankəndi şəhərində keçirilən "Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans zamanı deyib.
 
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM