Ümumilikdə Peşəkar Çövkən Liqasında 18 tur nəzərdə tutulur. Bunu Azərbaycan Atçılıq Federasiyasının Baş katibi, Peşəkar Çövkən Liqasının Prezidenti Bəhruz Nəbiyev söyləyib.
" Bu il turnirdə 10 komanda iştirak edəcək. Oyunlar Binə Atçılıq Mərkəzində keçiriləcək. Mayın 21-də ilk tur olacaq. Turun növbəti üç oyunu isə 22 mayda keçiriləcək. Bu il keçiriləcək Prezident Kubokunun qalibi ilə yeni yaradılan Peşəkar Çövkən Liqasının (PÇL) qalibi yeni ilin əvvəlində Superkubokda qarşılaşacaq. Cari ilin dekabrın 4-də Azərbaycanın çempionunu elan ediləcək",- Liqa Prezidenti əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !