• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Bu ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi olub

Bu ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi olub
18.05.2022 15:33
2022-ci ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi olub Bu ilki rəqəmlərdən təxminən 500-600-ü it dişləmələri olub. 672 hadisə isə pişik cırmaqlaması olub. Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.

O bildirib ki, dişləmə hadisələri daha çox itlərin hücumu nəticəsində olub.

Cəfərovanın sözlərinə görə, dişləməyə daha çox məruz qalanlar uşaqlardır.
 
"Çünki onlar təhlükəni dərk etmir və haradan gəldiyini bilmirlər. Həmçinin kişilər arasında da heyvan dişləməsinə məruz qalma müşahidə olunur. Bu da əsasən rayon və kənd yerlərində maldarlıqla məşğul olanlardır”, - o əlavə edib.

Şöbə müdiri bildirib ki, bu il Azərbaycanda vəhşi heyvan dişləməsi qeydə alınmayıb. Həmçinin deyib ki, hər ay rayonlarda heyvan dişləməsi haqqında məlumatlar toplanılır və təhlil edilir".

Onun sözlərinə görə, bu il quduzluğa yoluxma və quduzluqdan ölüm halı baş verməyib. Cəfərova vurğulayıb ki, heyvan sahibləri mütləq baytar nəzarətindən keçməlidir. Şöbə müdiri tövsiyə edib ki, insanlar vaxtaşırı heyvanlarına vaksinlərini vurdurmalıdırlar.

Ceyran Cəfərovanın sözlərinə görə, heyvan dişləyəndən sonrs həkimə gec müraciət edilməsi nəticəsində ağ suyunun ifrazı artır, sudan, havadan qorxma baş verir.

"Quduzluq virusunun sonunda mütləq ölüm var. Ona görə də heyvan cırmaqlaması, dişləməsi halı olarsa, mütləq vaxtında həkimə müraciət edilməsini məsləhət görürük. Vaksin vurdurmağı tövsiyə edirik. Çünki bu həyati təhlükə daşıyan virusdur”, - o əlavə edib.

Ləman Qasımova




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağstafada canavarlar fermada 27 qoyunu parçalayıb
Cəmiyyət 22:40
Ağstafada canavarlar fermada 27 qoyunu parçalayıb
Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
Cəmiyyət 21:39
Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:28
Faktiki hava açıqlanıb
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Cəmiyyət 20:00
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 19:18
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
Cəmiyyət 19:01
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 18:56
Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb
Aprel ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Cəmiyyət 18:54
Aprel ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
Cəmiyyət 18:30
Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol