Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib

Rusiyanın "Aeroflot" aviaşirkətinin Dubaydan Moskvaya uçan təyyarəsinin göyərtəsində bir nəfərin qeyri-adekvat davranışı səbəbindən ekipaj Bakıda təcili eniş etməli olub.Bu barədə Rusiya KİV-i xəbər verir.
Təyyarə enən kimi polislər həmin şəxsi saxlayıb və salondan çıxarıblar.
"Kişi Şeremetyevoya uçmalı olan təyyarəyə sərxoş halda minib və qalmaqal yaradıb. O, sərnişinlərin üstünə qışqırıb, onlara toxunub və stüardessaların tələblərinə məhəl qoymadan içməyə davam edib", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























