2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. Bunu Prezident İlham Əliyev deyib.
"Müharibədən 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz torpaqlarına qayıdıb və bu proses davam etdiriləcək", - Əliyev aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, indiyə qədər 783 ailən (2979 nəfər) Füzuliyə, Laçına 472 ailə (1773 nəfər), Zabux kəndinə köçürülənlərin sayı 215 ailə (819 nəfər), Ağalıya 175 ailə (871 nəfər) köçürülüb.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !