• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bu klinikalar vaksin yoxlanışı üçün 30 manat istəyir

Bu klinikalar vaksin yoxlanışı üçün 30 manat istəyir
10.06.2021 15:48
İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara "Pfizer” vaksini də vurulmağa başlanılıb.

"Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə TƏBİB-lə Səhiyyə Nazirliyinin birgə yaydığı açıqlamada qeyd olunub ki, hazırda "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Belə ki, həmin vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq. Elə həmin məlumatda özəl klinikalara vaksin üçün müraciət etmək istəyən vətəndaşların nəzərinə çatdırılıb ki, sözügedən müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq.

Artıq sosial şəbəkələrdə də sözügedən qərar birmənalı qarşılanmayaraq müzakirə edilməyə başlayıb. İstifadəçilərin sözlərinə görə, özəl klinikalara peyvənd üçün müraciət edərkən yoxlanışın pullu olacağını bilməyiblər, bu, onlar üçün "sürpriz" olub. 

"Qafqazinfo” sözügedən xəstəxanalarla əlaqə saxlayaraq vaksindənöncəki müayinə üçün ödənişlərin qiymətləri ilə maraqlanıb.


Məlum olub ki, Mərkəzi Klinika və Bakı Sağlamlıq Mərkəzində vaksindən öncə vətəndaşdan müayinə üçün ödəniş tələb edilmir. "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da isə müayinələr ödənişlidir. Belə ki, "Leyla Medical Center”də yoxlanış qiyməti 30 manat, "Caspian İnternational Hospital”da isə hər iki dozadan əvvəl 30 manat, yəni ümumilikdə 60 manat ödəniş tələb olunur. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının təqdim etdiyi altı fərqli şəhər nömrəsi ilə əlaqə saxlasaq da, hər bir nömrə eyni qaydada söndürüldüyündən zənglərimizə cavab ala bilmədik. 

Əlavə edək ki, onlayn növbə götürmək istəyən hər bir vətəndaş randevu.its.gov.az portalında özəl klinikanı seçərsə, müəyyən müayinələrin ödənişli olacağı barədə xəbərdarlıqla qarşılaşır. Sözügedən xəbərdarlıqda bildirilir ki, özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssisəsinə müraciət edilməlidir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol