"Real Sosyedad” baş məşqçi məsələsini həll edib.
Unikal.org xəbər verir ki, İspaniya klubu Asyer Qaritano ilə anlaşıb. 48 yaşlı mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə bağlanıb.
"Real Sosyedad” mart ayında Eusebio Sakristanı istefaya göndərmişdi. Mövsümün sonuna qədər komandaya müvəqqəti olaraq İmanol Alqvasil rəhbərlik etmişdi.
Qaritano 2013-cü ildə "Leqanes”dəki fəaliyyəti ilə tanınıb. O, bu klubu İspaniyanın 3-cü divizionundan elitaya yüksəltmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !