Bu ölkə rəsmi dilini dəyişir

14:07 | 29.07.2015
Bu ölkə rəsmi dilini dəyişir

Bu ölkə rəsmi dilini dəyişir

Pakistan ingiliscəni rəsmi dillər arasında çıxarmaq haqqında qərar verir. Bundan sonra ölkədə rəsmi dil sadəcə urdu dili olacaq.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, artıq uzun müddətdir ingilis dilinin rəsmi dillər siyahısından çıxarılması ilə bağlı müzakirələr aparılır. Bu barədə ölkənin planlama, inkişaf və beynəlxalq islahatlar naziri İhsan İkbal  iddiaları doğrulayıb. O, ingilis dilinin rəsmi dil kimi ölkədə istifadə olunmasının 1973-cü ildə məhkəmə qərarı ilə başladığını deyib. 

Nazir onu da qeyd edib ki, ingilis dilinin tədrisi əvvəlki kimi davam edəcək və dünyanın ən çox ünsiyyət vasitəsi olan ingiliscə urdu dili ilə bərabər bütün məktəblərdə paralel şəkildə öyrədiləcək. 

İkbal onu da qeyd edib ki, rəsmi dillə bağlı qərar ingilis dili bilməyən, amma ictimai-siyasi fəalların daha da aktivləşməsinə, cəmiyyətdə özlərinəməxsus yer tutmasına xidmət edəcək. 

1947-ci ildə İngiltərənin bölgədən çəkilməsindən sonra meydana gələn Pakistan və Hindistan arasında daha bir fərq ortaya çıxır. İndiyə qədər hər iki ölkədə ingilis dili rəsmi dil hesab olunurdu. Bundan sonra isə Pakistanda urdu dili, Hindistanda isə hind və ingilis dilləri rəsmi dilə olaraq qalacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM