Bir müddət əvvəl iqtisadi böhran, sonra ölkə ərazisində vulkanın partlaması, daha sonra isə ən uzun orucun tutulması ilə dünyanın gündəmindən düşməyən bu ölkə daha bir mövzu ilə diqqətləri cəlb edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İslandiyada yaşayan müsəlmanlar demək olar ki, batmayan günəş səbəbilə dilemma qarşısında qalıblar. İnanclılar iki yerə bölünüb və fərqli ifta-imsak vaxtı meydana çıxıb.
Avropanın qütblərə ən yaxın paytaxtı hesab olunan Reykyavikdə müsəlmanlara xidmət edən məscidlər arasındakə fikir ayrılığı iftar və imsak vaxtlarının fərqli olmasına gətirib. Əsasən türk toplumunun getdiyi "Əl-Nur” məscidinin vaxtı ilə hərəkətlər edənlər 18, ərəb ortamını birləşdirənm İslam Mədəniyyət Mərkəzinin tərtib etdiyi cədvəllə hərəkət edənlər isə 22 saat oruc tuturlar.
"El-Nur” məscidinin imamlarından biri olan İsmayıl Malik jurnalistlərə açıqlamasında deyib ki, artıq 3 ildir burada vəzifə daşıyır və ilk dəfədir belə halla qarşılaşır. O, hazırda İslandiyada 22 saat gün işığının olduğuna diqqət çəkib: "Bu məsciddə biz Avropa Şurasının fərvasına uyğun olaraq 45 dərəcəlik şimal göstəricisini əsas götürürük. Bundan başqa Əzher fətvası da var. Bu fətva da oruc müddətinin qısaldabiləcəyini və 22 saat tutma məcburiyyətində qalmamaöı bildirir. Çünki 22 saat oructutma praktik olaraq mümkün deyil”.
Günəş hələ batmadan, yerli saatla saat 21.00-da oruclarını açdıqlarını deyən imam Malik axşam namazı qılarkən, yaxud tərəvəh namazına qalxarkən günəşin təzədən çıxdığını deyib.
Qeyd edək ki, İslandiyada dünyada ən az müsəlman əhalisi olan ölkədir. 2013-cü il statistikasına görə, ölkədə 770 müsəlman yaşayır. Bu göstərici 323 min əhaliyə malik İslandiya üçün 0,24 faiz müsəlman deməkdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !