Bu ölkədə də mitinqlərə start verildi

00:41 | 06.05.2014
Bu ölkədə də mitinqlərə start verildi

Bu ölkədə də mitinqlərə start verildi

Bişkek şəhərində Qırğızıstanın Gömrük İttifaqına qəbul olunmasına etiraz edənlərin mitinqi keçirilir. 

Anspress-in verdiyi məlumata görə, aksiyaya gələnlər “Qırğızıstan Gömrük İttifaqının əleyhinədir” şüarları ilə fleşmoblar təşkil edir, sosial şəbəkələrdə də bu barədə çağırışlar həyata keçirirlər.

Aksiyanın məqsədi Qırğızıstan Gömrük İttifaqına qəbul olduğu təqdirdə baş verəcək neqativ hallar və nəticələri haqqında əhalinin məlumatlandırılmamasıdır. 

Onlar belə fikirləşirlər ki, bu halda Qırğızıstan iqtisadi cəhətdən asılı bir ölkəyə çevriləcək, ölkənin inkişafı və yaşaması üçün həlli mühüm qərarları rəsmi Bişkek deyil, texniki reqlamentlərə görə Moskva qəbul edəcək. Aksiyaçılara onlarla həmfikir olan Qırğızıstan Parlamentinin deputatı Omurbek Abdraxmanov da qoşulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM