ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünya bazarında xam neftin qiymətinin aşağı enməsi neftlə zəngin ölkələrdən biri İranda da öz təsirini göstərməyə başlayıb.
"Mehr" Xəbər Azgentliyinin yaydığı məlumatda deyilir ki, son 6 ildə dünya bazarında xam neftin 1 barelinin qiyməti 45 dollara qədər geriləməsi İranda da öz təsirini göstərib. Hətta neftin qiyməti o dərəcədə aşağı enib ki, əhaliyə satılan içməli su neftdən baha çıxır.
Neftin qiymətləri 2014-cü ilin iyun ayında 1 barelinin dəyəri 115 dollar olduğu halda 2015-ci ilin yanvar ayının əvvəllərində 50 dollardan da aşağı düşüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !