Bu ölkədə qocaları öldürəcəklər

23:22 | 28.05.2014
Bu ölkədə qocaları öldürəcəklər

Bu ölkədə qocaları öldürəcəklər

İsveçrədə qocalığa görə intihara icazə vermək istəyirlər.ANS PRESS-in məlumatına görə, ölümcül xəstələrə evtanaziyanın köməyilə həyatdan köçməyə kömək edən "Exit" təşkilatı, öz xidmətlərinin əhatəsini genişləndirdiyini bildirib.İndi onlar, hətta sadəcə yaşamaqdan bezmiş və ya özünün psixoloji və fizioloji problemlərlə müşayiət edilən qoca olmaq istəməyən isveçrəli sağlam qocalara ölməkdə kömək edəcəklər. Daha doğrusu, "Ekzit" "qocalıq səbəbindən intiharı" yardım etmək qərarına gələrək, məhz bu maddəni öz nizamnamələrinə salmaq istəyirlər.Bu qərar təşkilatın rəhbərliyi tərəfindən 2014-cü ilin mayında keçirilən illik konfransında qəbul edilib. Evtanaziya İsveçrədə 1942-ci ildə qanuniləşib. Yerli şirkətlərin müvafiq xidmətlərindən evtanaziyanın qadağan edildiyi digər ölkələrin vətəndaşları da yararlana bilərlər. Beləliklə, 2011-ci ildə geri dönməmək üçün İsveçrəyə gedən israilli radio aparıcısı Adi Talmerə ağciyər xərçənginin 4-cü dərəcəsi diaqnozu qoyulmuşdu. O, "Ekzit" şirkətindən fərqli olaraq əcnəbi vətəndaşlara xidmət göstərən digər şirkətinə müraciət etmişdi. İsveçrə həkimlər assosiasiyası qocaların intihara axınından ehtiyatlanaraq bu qərara etiraz edirlər. Həkimlər təbiətin insanlara verdikləri ömrün onların əllərindən bu yolla alınmasını pisləyirlər. Həmçinin "lazımsız" qocaların qohumları tərəfindən ölümə göndəriləcəklərini də istisna etmir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti