• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Bu lotoreya şirkətlərinə ciddi nəzarət olmalıdır - Millət vəkili

Bu lotoreya şirkətlərinə ciddi nəzarət olmalıdır - Millət vəkili
24.05.2023 12:47
Azərbaycanda qanuni fəaliyyət göstərməyən loteriyalara ciddi nəzarət yaradılmalıdır. Bunu deputat Rüfət Quliyev  deyib.
 
"Azərbaycanda qeydiyyatdan keçmiş bir neçə loteriya şirkətləri var. Amma interneti açanda qanunu olmayan loteriyalar qarşılaşırıq. Həmin şirkətlər insanların pullarını alır. Ortada uduş da yoxdur. Pullar boş yerə xaricə gedir. Bu insanların istismarıdır. Qumar olsa da qanuni olsun", - millət vəkili mayın 24-də  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
Deputat həmçinin çıxışında su problemini diqqətdə saxlamaığın vacibliyini vurğulayıb.
 
"Azərbaycan beynəlxalq statistika göstəricilərində içməli sudan əziyyət çəkən 15 ölkə siyahısındadır. Prezident bununla bağlı sərəncam və tapşırıqlar da verib. Bu o deməkdir ki, suyun qiymətini sabit saxlaya bilməyəcəyik. Bəzi sahələr var ki, sudan necə gəldi istifadə edir. Hesab edirəm ki, həmin sahələrdə ciddi nəzarət mexanizmi olmalıdır", - millət vəkili qeyd edib. 
 
Rüfət Quliyev Hesablama Palatasının sədrindən büdəcədən aktiv oğrular barəsində hansı işlər görülməsini soruşub və bildirib ki, dəfələrlə bununla bağlı suallar ünvanlasa da cavab ala bilməyib. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol