Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 25-də növbəti əmlak hərracı keçirəcək.
"Qafqazinfo” xəbər verir ki, həmin gün nazirlik və komitələrin balansında olan daha 7 maşın hərraca çıxarılaraq özəlləşdirilicək. Onlardan ən ucuzunun ilkin satış qiyməti 1 600 manat müəyyən edilib. Bu qiymətlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin balansında olan "QAZ-31105” markalı maşın satılır.
Qeyd edək ki, maşınlardan 4-ü Daxili İşlər Nazirliyinə, 2-ci ƏMKD-ya, 1-i isə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinə məxsusdur. Maşınlar 1997-2008-ci illərdə istehsal edilib.
Siyahıda ən baha satılan maşın isə "KİA Sportage”dir – 4 000 manat.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !