Manatın ucuzlaşmasından sonra bəzi avtomobil şirkətləri satışları dayandırdıqlarını halda digərləri yeni qiymətlərlə satışları davam etdirirlər.
ANN.Az fins.az-a istinadən xəbər verir ki, "KİA Motors Azərbaycan” şirkətindən verilən məlumata görə, qiymətlər 25 %-ə qədər bahalaşıb. Məsələn, ən çox satılan "KİA Rio”nun qiymeti 14 400 manatdan 18 min manata qədər artıb. "Cerato” modeli isə 4300 manat bahalaşaraq 21 500 manat olub. 20 500 manatlıq "Optima”lar indi 25 600 manata satılır. Ən böyük qiymət artımı "KİA Quoris” modelində olub. Belə ki, avtomobil təqribən 15 000 manatlıq qiymət artımı ilə 74 min manata təklif ediləcək.
"BMW-ləri günün məzənnəsinə uyğun satırıq"
BMW avtomobillərinin satışı da davam edir. "İmprotex Motors Azerbaijan” şirkətindən verilən məlumata görə, avtomobil satışı dayandırılmayıb. Avtomobillər Beynəlxalq Bankın günlük məzənnəsinə uyğun olaraq satılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !