Sumqayıt şəhəri, Energetik qəsəbəsi 9 ünvanında fəaliyyət göstərən, Namazov Ruslan Rza oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.
Anews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama şəraitinə və temperatur rejimlərinə riayət edilmədən saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !