Bu olimpiya çempionunun meyiti tapılıb

14:50 | 25.07.2020
Bu olimpiya çempionunun meyiti tapılıb

Bu olimpiya çempionunun meyiti tapılıb

1964-cü il Tokio Yay Olimpiya Oyunlarında SSRİ yığmasına qızıl medal qazandırmış sərbəst güləşçi Aleksandr İvanitskinin meyiti tapılıb. 

Anews.az-ın Reporta istinadən verdiyi məlumata görə, iyulun 22-də meşəyə göbələk yığmağa gedən veteran idmançının cəsədini bu gün Moskva ətrafında könüllülərdən ibarət axtarış qrupu aşkarlayıb. Hazırda hadisə yerində təhqiqatçılar və kriminalistlər işləyirlər. Faktla bağlı cinayət işi açılıb. 

Qeyd edək ki, 82 yaşlı Aleksandr İvanitski olimpiya çempionluğundan əlavə, 4 dəfə dünya çempionluğu da qazanıb. O, güləş və sambo üzrə SSRİ çempionatlarının mükafatçısı da olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti