• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bu şəhər və rayonların kənd evləri hostel kimi istifadəyə veriləcək

Bu şəhər və rayonların kənd evləri hostel kimi istifadəyə veriləcək
24.10.2021 11:41
Azərbaycana turist axınının artırılmasının hədəflənməsi, eyni zamanda ölkədəki çarpayı və yerləşdirmə vasitələrinin say azlığını nəzərə alaraq Dövlət Turizm Agentliyi 10 rayonunda 2021-ci ilin noyabrından  "Kənd evlərinin təkmilləşdirilməsi proqramın"a start verəcək.  Bunu  anews.az-a açıqlamasında Turizm könüllüləri təşkilatının direktoru Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində  2021-ci ilin noyabrından Lənkəran, Astara, Lerik, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar və Xaçmaz rayonlarında da kənd evlərinin yaradılmasına başlanacaq. Artıq kənd evləri üçün standartlar hazırlanıb və bu evlərin  sahibləri üçün təlimlər təşkil olunacaq. 

"Azərbaycanın 22 rayonu və şəhər ətrafında kənd evləri sahibləri arasında sorğu keçirmişik. Təkmilləşdirmə proqramına əsasən qonaqların istismarına veriləcək ev nümunələri hazırlanır. Evlər  kənd evi, tətil evi və qonaq evi qruplarına bölünüb.  Təəssüf ki, vətəndaşlarımız bu evlər arasındakı fərqi hələlik tam başa düşmür. Agentlik olaraq düşünürük ki, bu proqram kənd evlərinin inkişafında böyük rol oynayacaq", - deyə Məmmədov bildirib.
 
Onun sözlərinə görə,  elə kənd evləri var ki, kifayət qədər turist qəbul etmək potensialına malikdir, amma bəzi nöqsanlar var. 

"Məsələn, Astaranın Sım kəndində qonaqların istifadəsinə vermək üçün artıq 3 ev nəzərdə tutulub. Tətil evi dedikdə ev sahibi boş evi və açarı qonağa təhvil verib gedəcək. Bu evi müvəqqəti ev yiyəsi olacaq qonaqlar öz istədikləri ərzaq və əşyalarla doldura bilər.

Biri də var kənd evi. Ola bilər ki, ailə ilə birgə eyni həyətdə yaşayasan, ola bilər ki, ailə eyni məhlədə, amma ayrı evdə yaşasın. Amma kənd evlərinin bəzi özəllikləri olacaq. Məsələn, ev sahibi dəmirçi ola bilər. Onun peşəsi, gördüyü işlər turistlərin marağını cəlb edə bilər. Yaxud, ev yiyəsi müxtəlif ev heyvanları saxlaya bilər. Tutaq ki, səhər öz inəyindən sağdığı təzə südü və ya arı pətəklərindən hazırladığı baldan qonağa təklif edə bilər. Yəni kənd evlərində qonaqlara orqanik məhsullar, eyni zamanda gündəlik yeməklər təklif edilə bilər", - deyə Məmmədov vurğulayıb.
 
Məmmədovun sözlərinə görə, kənd evlərinin yaradılması üzrə pilot layihə Azərbaycanın İsmayıllı rayonu ərazisində uğurla başa çatdırılıb.
 
Samirə Ali
 
Anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol