Bu şəhər və rayonların qaz təchizatı yaxşılaşdırılır

16:19 | 16.07.2020
Bu şəhər və rayonların qaz təchizatı yaxşılaşdırılır

Bu şəhər və rayonların qaz təchizatı yaxşılaşdırılır

Bərdə, Tərtər rayonları və Mingəçevir şəhərinin qaz təchizatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür.

 Anews.az Reporta istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, uzun illər bundan öncə çəkilən böyük diametrli qaz xətləri beton dayaqlar üzərinə qaldırılmaqla korroziyadan mühafizə edilir.

"Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi Bərdə rayonunda 2685 abonentə xidmət göstərən diametri 530 mm olan 4500 metr uzunluğunda qaz xəttini  artıq beton dirəklər üzərinə qaldırıb. Bundan başqa Tərtər şəhərinin bir hissəsinin qaz təminatında əhəmiyyətli rola malik olan 1985 metr uzunluqda diametri 159 mm olan qaz xətti də əvvəlki görkəminə qaytarılıb. Mingəçevir şəhərinin qaz təchizatı üçün istismarda olan 3564 metr uzunluğunda diametri 530 mm olan qaz xətti də beton dayaqlar üzərinə qaldırılır.

Təmir aparılan yerlərdə kəmərlər kol-kos ərazidən çıxarılır, pasdan təmizlənir, pas əleyhinə və parlaq boya ilə işlənilir. Ümumilikdə Tərtər Regional qaz istismarı İdarəsinin xidmət göstərdiyi şəhər və rayonlar üzrə bu il ərzində 23 kilometr uzunluğunda müxtəlif diametrdə qaz kəmərləri beton dirəklər üzərinə qaldırılacaq. Bu da onların istismar müddətinin daha 10-15 il artması deməkdir.

"Azəriqaz” bir daha diqqətə çatdırır ki, əkin sahələrinin genişləndirilməsi, eləcə də meşə zolaqlarının salınması zamanı qaz kəmərlərinin mühafizə zonasına daxil olmaq qadağandır. Bu təhlükəli olmaqla yanaşı, qaz xətlərinə mütəmadi xidmət göstərilməsinə də mane olur.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb