• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Bu şəhərdə iftar vaxtı 2 dəfə azan oxunur

Bu şəhərdə iftar vaxtı 2 dəfə azan oxunur
30.06.2014 11:30
Türkiyədə azərbaycanlıların kompakt yaşadığı İgdır şəhərində iftar vaxtı iki dəfə azan oxunur. ANS PRESS-in xəbərinə görə, şəhərdə ilk azan sünnilər tərəfindən, bundan 8 dəqiqə sonra ikinci azan Cəfəri məzhəbi mənsubları tərəfindən oxunur. Məlumata görə, illərdir davam edən bu vəziyyət yerlilər tərəfindən təbii qarşılanır və sakinlər azanın hansı məsciddə oxunduğuna baxaraq oruclarını açırlar. Cəfəri din xadimi Zəki Tümay rəsmilərdən bu işin bir sistemə qoyulmasını gözlədiklərini deyib. “Azana hamı diqqət etməli, hörmət göstərməlidir. Bəzi insanlar azan səsini eşidən kimi orucunu açır. Bu səhvdir. Müftiliyin müəyyən etdiyi azan vaxtı ilə bizim azan vaxtı arasında 7-8 dəqiqə fərq var. Bizim fiqhdə günəş batdıqdan sonra qərb üfüqündə meydana gələn qırmızılıq insanın başının üstündən keçdikdən sonra şam namazının və iftarın vaxtıdır. Sünni qardaşlarımızda isə qırmızılıq itən kimi şam namazının vaxtıdır. Arada 8 dəqiqə fərq var. Biz 8 dəqiqə taz açsaq orumuzu batil olar. Amma onlarda 8 dəqiqə gec oxunsa heç nə olmaz. Sünni qardaşlarımızdan anlayış gözləyirik”. Sünni məscidlərdə isə, rəsmi dövlət komitəsi olan “Diyanət”in təyin etdiyi vaxtda azan oxuduqlarını deyirlər. Yerlilər isə orucu bəzən tez, bəzən gec açdıqlarını, bəzən də şəxsi fətvaları ilə hərəkət etdiklərini bildirirlər. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
Dünya 23:15
Netanyahu BMT Baş Assambleyasının iclasından sonra Trampla görüşəcək
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Dünya 21:15
İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma başlayıb
Mirzoyan Niderlanda səfər edəcək
Dünya 20:10
Mirzoyan Niderlanda səfər edəcək
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Dünya 19:25
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
Dünya 19:05
Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol