Bu şəhərdə maşın sürmək olmaz- VİDEO

12:38 | 22.09.2020
Bu şəhərdə maşın sürmək olmaz- VİDEO

Bu şəhərdə maşın sürmək olmaz- VİDEO

Dünən Brüsseldə avtomobilərin hərəkəti ilə bağlı eksperiment keçirilib.
 
Anews.az xəbər verir ki, bununla bağlı Brüsseldə yaşayan azərbaycanlı gənc fəal Faik Xasayev video material hazırlayıb.
 
O qeyd edir:
"Çox loru dildə desək, dünən Brüssel şəhərində keçirilmiş layihənin mahiyyəti belə idi.

Şəxsi avtomobillərdən, skuter və motosikllərdən istifadə 1 günlük qadağan olunur, ictimai nəqliyyat və velosipedlərə müstəsna azadlıq verilmiş olur. Taksilər, müəəyən limitlər çərçivəsində çalışır. Eyni zamanda, bütün ictimai nəqliyyat həmin gün pulsuz olur və heç bir turniket çalışmır.

Bir qayda olaraq, Brüssel, velosipedlərə açıq şəhər sayılmır. 

Bu qərarın nəticəsində, bir günlük Brüssel tamamilə CO² və səs çirklənməsindən azad olur və insanların sağlam nəqliyyat istifadəsi vərdişləri təşviq olunur".
 
Gənc fəal bildirib ki, bu layihəni Bakıya da tətbiq etmək olar:

"Dünən şəhərdə 01.01.2021 tarixindən tətbiq olunacaq "Brüssel 30", nəqliyyat sürətinin şəhər daxilində 30 km/saat maksimumuna endirilməsi qanunun tətbiq modeli və gələcək islahatlar da təqdim olunurdu.
Sözümün canı odur ki, Belçika Azərbaycanla, Brüssel Bakı ilə oxşar ölçülü ərazilərdir.
Ekoloji cəhətdən təmiz şəhər, insani infrastruktur və əlçatan ictimai nəqliyyat hər yerdə yaradıla bilər və Bakıda bu cür dəyişikliklər mümkündür və zəruridir".

Anews.az həmin videosüjetləri təqdim edir:
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb