• $ 1.7
  • € 1.9026
  • ₽ 0.021146
  • ₺ 0.0438
  • £ 2.2564

Bu siniflər üçün məktəb və müəllim seçiminə başlanılır

Bu siniflər üçün məktəb və müəllim seçiminə başlanılır
11.06.2022 13:50
Tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminin tarixi bəlli olub.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, 13 iyun saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq. Belə ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər.
 
Həmin tarixdən rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi və prioritetlər üzrə üstünlüyə malik olmayanlar üçün müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə də başlanılacaq.
 
20 iyun saat 18:00-da isə rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. 21-30 iyun tarixlərində də müsabiqələrin keçirilməsi planlaşdırılır.
 
5 iyul saat 11:00-dan etibarən isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin aparılması prosesinə başlanılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağstafada qəza olub, xəsarət alanlar var
Cəmiyyət 22:42
Ağstafada qəza olub, xəsarət alanlar var
Biləsuvarda evə ildırım düşüb
Cəmiyyət 21:42
Biləsuvarda evə ildırım düşüb
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
Cəmiyyət 21:00
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb
Cəmiyyət 20:43
Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi
Cəmiyyət 19:05
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi
Sabahdan bu marşrutların hərəkət istiqamətidəyişəcək
Cəmiyyət 18:36
Sabahdan bu marşrutların hərəkət istiqamətidəyişəcək
Yağıntılı hava şəraiti davam edir - Faktiki hava
Cəmiyyət 18:06
Yağıntılı hava şəraiti davam edir - Faktiki hava
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Cəmiyyət 17:14
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Hacı Vəliyevin ödəniş kartı ilə bağlı bloklanma həyata keçirilməyib - ƏƏSMN
Cəmiyyət 16:12
Hacı Vəliyevin ödəniş kartı ilə bağlı bloklanma həyata keçirilməyib - ƏƏSMN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol