• $
  • €
  • ₽
  • ₺
  • £

Xələf Xələfov Qazaxıstana səfər edib

Xələf Xələfov Qazaxıstana səfər edib
16.05.2025 18:23

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Qazaxıstan Respublikasının paytaxtı Astanaya səfər edib.Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu və Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yerjan Kazıxan ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti, habelə regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Müzakirələrdə tərəflər ölkələr arasında müttəfiqlik münasibətlərinin 20-ci ildönümündə Azərbaycan-Qazaxıstan əlaqələrinin artan dinamika ilə inkişaf etdiyini vurğulayaraq, münasibətlərin gələcək inkişaf perspektivləri, o cümlədən nəqliyyat, kommunikasiyalar, ticarət, logistika, infrastruktur quruculuğu, energetika, regional bağlantıların inkişafı və digər mühüm sahələr üzrə mövcud əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıb,Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunub, regionda sabitlik və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Xələf Xələfov AQEM-in baş katibi Kayrat Sarıbay və Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Alibek Bakayev ilə də görüş keçirib. Görüşdə AQEM sədrliyinin gündəliyinin icrası ilə bağlı müzakirələr aparılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol