Bu şirkətlər Azərbaycandan getdi

09:31 | 11.10.2017
Bu şirkətlər Azərbaycandan getdi

Bu şirkətlər Azərbaycandan getdi

"Euro Architects and Engineers Economic İnterest Grouping” şirkətinin Azərbaycandakı filialı ləğv edildiyini elan edib. 

Anews.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində Bakı şəhəri Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 4 /189, Falez Plaza 4-cü mərtəbəyə müraciət edə bilərlər.   

Bundan əlavə, "Compass Development Holdings VII Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 11/35 ünvanına müraciət edə bilərlər.
 
"Toyo Engineering Corporation” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunub. Bildirilir ki, kreditorlar öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk, ev 17 ünvanına müraciət edə bilərlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM