Büdcə ilini dəyişməyə ehtiyac yoxdur - Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi büdcə ilinin hər ilin yanvarında aprelinə keçirilməsini məqbul saymır. Bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
"Büdcə ilinin hər ilin yanvarından deyil aprelinə keçirilməsi vəziyyəti dəyişməyəcək. Deputatlar ilin başında xərclərin az olması dördüncü rübdə isə artması ilə izah edirlər. Bu gün bizim birinci rübdə xərclərin az olması büdcədə olan vəsaitin az olması ilə bağlı deyil. Bizdə artıq kifayət qədər əvvəlki büdcədən qalan pullar olur, üstəlik neft fondundan transferlər köçürülür. Burada xərcin az olması maliyyə vəsaitinin az olması ilə deyil büdcə təşkilatlarının bu vəsaiti mənimsəyə bilməməsi ilə bağlıdır", - Bayramov Milli Məclisin İqtisadi siyasət , sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, büdcə təşkilatları satınalma prosedurlarını gec həyata keçirir.
"Hesab edirəm ki, büdcə ilini sürüşdürməklə istədiyimiz effekti almayacağıq. Biz satınalma prosedurlarının daha da təkmilləşməsinə diqqət yetirməliyik. Satınalmalara daha tez icazə verilməsinə diqqət yetirməliyik", - Bayramov vurğulayıb.
2023-cü il Dövlət BÜdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Tahir Mirkişili büdcə ilini yanvardan deyil apreldən başlamağı təklif etmişdi.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat
17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

İqtisadiyyat
12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov

İqtisadiyyat
11:07
Azərbaycan 2026-cı ilə qədər Bakı limanının gücünü 25 milyon tona çatdırmağı planlaşdırır — Elnur Əliyev