Büdcədə mərkəzləşdirilmiş gəlir və xərclərdə dəyişiklik olub - Rəsmi

2024-cü ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat olacaq. Bu barədə maliyyə naziri Samir Şərifov 2024-cü ilin dövlət büdcəsinə edilən dəyişilikləri açıqlayarkən deyib.
Nazir bildirib ki, ölkədə baş verən son qərarlardan sonra bəzi dəyişiklərin edilməsi məqsədəuyğun hesab edilib.
2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat nəzərdə tutulub.
Bundan əvvəl mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulurdu.
Gülnar Nazimqızı
www.anews.az