Buddist alim müsəlman oldu

13:46 | 07.03.2015
Buddist alim müsəlman oldu

Buddist alim müsəlman oldu

Hindistanın Kalkuta şəhərindən olan 33 yaşlı buddist alim Türkiyədə İslam dinini qəbul edib. 

ANS PRESS-in məlumatına görə, Şaylendra Sinqh müsəlman olduqdan sonra adını da dəyişərək Əli adını qəbul edib. 

İslamı araşdırmaq üçün Türkiyədə olan və maqistr təhsilini burda alan Sinqh müsəlmanların ibadətini gördükdən sonra həyatında böyük əskikliklər olduğunu başa düşdüyünü deyib. 

"Malaziyada gördüyüm ərəb dostlar da mənə təsir etdilər. Onların ibadətini görəndə həyatımda bəzi şeylərin əskik olduğunu hiss etdim. Allahdan uzaq qaldığımı gördüm. Araşdırmağa başladım. İnternetdə çoxlu moizə dinlədim”. 

Əli adını qəbul edərkən həzrəti Əlidən (s) təsirləndiyini deyən Sinqh yeni yaşayışı üçün onun həyatından güc aldığını deyib. 

Daxilindəki mənəvi boşluğu doldurmaq üçün 10 ildir araşdırmalar apardığını deyən Əli Sinqh indi bu boşluğu doldurmaq üçün Qurani Kərim oxuduğunu bildirib. 

Əli Sinqh həmçinin bu dunu qəbul etdikdən sonra buddist olan anasının ondan küsdüyünü deyib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti