Rüstəm Qasımov
Bu gün Britaniyanın ən məşhur və əzəmətli tarixi binalarından biri olan Bukingem sarayına qiyabi səfər edəcəyik. Bukingem sarayı britaniyalı monarxların rəsmi rezidensiyasıdır. Hazırda II Yelizavetda orada yaşayır.
Bukingem sarayını tapmaq çətin deyil, çünki o düz Londonun göbəyinə yerləşir. Əgər siz Hayd-Park istiqamətinə gedirsinizsə, o zaman siz, yaşıllıqla örtülü "Qrin-Park” (Yaşıl Park) adlanan ərazidən keçməlisiniz.
Bir az park haqqında. "Qrin-Park” əsl meşəliyi xatırladır. Ağacların üzərinə yarpaqlar olmasa da, ağacları çox hündür görünür və onların yaşıl rəngə çalan budaqları yaşıllıq görünüşünün yaranmasına bəs edir.
"Qrin-Park”da təkcə insanlar üçün yox, velosiped sürənlər üçün də yol var. Bundan başqa, burada at çapmaq istəyən insanlar üçüün də qumdan ərazi var.
Parkda həddən artıq insan var.
Otlar üzərində istirahət etmək istəyən insanlar üçün "Qrin-park” qədər ideal yer ola bilməz.
Burada "Qrin-park”ın qapıları yerləşir
Bir az irəli getdikdən sonra məndən solda Bukingem sarayı gözə dəyir.
Bu qəsri 1703-cü ildə hersoq Bukingem tikməyə başlayıb. Amma III Georg sonradan onu satın alır. Təsəvvür edin ki, bu sarayın tikintisi 75 ilə tamamlanıb. 1837-ci ildə kraliça Viktoriya hakimiyyətə gəldikdən sonra bu saray Britaniya monarxiyasının rəsmi rezindensiyası statusu alıb. 1853-cü ildə sarayın bal zalı tamamlanır. Onun uzunluğu 36, eni isə 18 metrdir. Bu zal kraliça Viktoriyanın əmri ilə tikilib və ilk dəfə Krım müharibəsinin başa çatması münasibəti ilə 1856-cı ildə istifadəyə verilib.
Bukingem sarayı böyük bir tikilidir və dörd binadan ibarətdir. Onun mərkəzi geniş ərazisi ilə meydanı xatırladır. Hazırda sarayın 775 otağı var. Onlardan 19-cu dövlət otaqları, 52-si kral və qonaqlar, 188-i personal, 92-si ofis, 72-si hamam üçün nəzərdə tutulub. Bukingem sarayı 20 hektar ərazini tutur və onun 17 hektarı bağlardan ibarətdir. Bu baş Londonun ən böyük özəl bağıdır.
Təəssüf ki, mən sarayın içinə girə bilmədim. Saraya giriş, il ərzində yalnız avqust və sentyabr ayları mümkündür. Bu müddətdə II Yelizaveta sarayı tərk edir. Bu iki ay ərzində qəsri 30 000 turist ziyarət edir. Binanın rəsmi saytında ziyarət üçün biletlərin qiymətləri göstərilib. Qeyd edim ki, qəsrdə adi qaydada gəzinti iki saat və ya iki saat yarım çəkir. Ziyarət müddətində audiogidlərdən istifadə etmək mümkündür. Bizim valyuta ilə təqribən 55 manata başa gələn turun daxilinə, Bukingem sarayını, krallıq qalereyasını, parad üçün nəzərdə tutulmuş məkanı, krallıq axurunu, gölü və şəlaləni ziyarət nəzərdə tutulub. Razılaşın ki, bu müddət ərzində sarayın kassalarına çoxlu pul daxil olur. Kraliçanın sarayda olmasını müəyyən etmək çox asandır. Əgər Bukingem sarayında Britaniya bayrağı qaldırılıbsa, demək ki, kraliça içəridədir.
Sarayda Rembrant, Rubens və digər məşhur rəssamların əsərləri də var. Saray fransız və ingilis mebelləri ilə bəzədilib. Sarayın öz hovuzu və kinoteatırı var. Bir sözlə bu əsl minatür şəhərdir. Sarayı, qvardiyanın və Krallığın atlı birliyi qoruyur. Onların qırmızı forması və başlarında olan qara geyim bütün turistlərin diqqətini çəkir. Apreldən avqust ayına kimi, hər gün saat 11:30-dan qaravulun dəyişdirilməsi sermoniyası keçirilir. Bu müddət ərzində çoxlu sayda turist onu izləməyə gəlir.
Bukingim sarayının qapıları da çox diqqət çəkir. Çoxlu sayda insanın onun qarşısında şəkil çəkdirməsi, sizin yalnız şəkil çəkdimənizə ciddi əngəl yaradır.
Bukingem sarayının qarşısında insanlarla dolub-daşan meydandan ibarətdir. Burada yerli əhalini tapmaq çox çətindir. Cəmi 8,5 milyon əhalisi olan Londonu hər il 30 milyon turist ziyarət edir.
Bir çox turistlər səfər üçün velosipeddən istifadə edir. London velosiped sürmək üçün əla şəhərdir, çünki burada onların dayanacaqları da çoxdur.
Kraliça Viktoriyanın heykəli, Bukingem sarayı qədər məşhurdur. Onun heykəli sarayın bağında, mərkəz hissədə yerləşir.
Məşhur heykəlin ətrafında oturan insanların sayına baxın.
Turistlər şəkil çəkmək üçün növbələşirlər.
İlk diqqəti çəkən heykəlin oturacaq hissəsini hazırlayan arxitektor Aston Uelbbinin işi diqqəti çəkir. Bu oturacaq ağ mərmərdən hazırlanmış və çəkisi 2,300 tondur. Onun üzərində kraliça Viktoriyanın qızıl suyuna çəkilmiş heykəli yüksəlir. Memorialı, Viktoriyanın böyük nəvəsi V Georg və onun əmisi oğlu II Vilhem sifariş verib. Heykəltaraş Toms Brok olub. Memorialın tikintisi 1914-cü ildə başa çatıb.
Memorialın özü dəniz mövzusunu özünə əks etdirib. Onu orijinal görünüşlü fontan əhatə edir və turistlər adətən ora qəpik atırlar.
Memorialın hər üç tərəfində qara-boz rəngli Ədalət Mələyi, Həqiqət Mələyi və Mərhəmət Mələyi yerləşdirilib. Hər üç heykəlin yanında böyük boz rəngli şir heykəli var.
Memoriala kənardan baxdıqda ortaya çıxan mənzərə xüsusi diqqət çəkir.
Londonun hər yerində olduğu kimi, Bukingem sarayının yolları da təmizliyi ilə seçilir.
Bukingem sarayından krallığa məxsus axıra getmək üçün qəsrin ətrafından fırlanıb keçmək lazımdır.
Bununla bizim britaniyalı monarxların rəsmi rezidensiyasına olan səfərimiz başa çatdı. Səfər davam edir...
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !