Londonun "Biq-Ben"indən maraqlı REPORTAJ

10:35 | 12.05.2015
Londonun

Londonun "Biq-Ben"indən maraqlı REPORTAJ

Rüstəm Qasımov 

Əgər Londonda olan tarixi tikililər arasında məşhurluğuna görə fərqləndirmə aparmaq lazım gələrsə, o zaman Biq-Benin rahatlıqla birinci yerdə olduğunu demək olar. Hələ məktəbdə oxuyarkən mən və məktəb yoldaşlarım Biq-Benin olduğu fotoya böyük maraqla baxırdıq.  Hamı kimi mən də, bu əfsanəvi qüllənin yanında olmaq istəyir və onu yaxından görməyi arzulayırdım. 


Biq-Ben saat qülləsinə getmək elə də çətin deyil. Əgər siz Londonun mərkəzində məskunlaşmısınızsa, ayaqla ora gedə bilərsiniz. Amma siz nəqilliyatdan istifadə etmək istəyirsinizsə, London metrosundan istifadə edərək   «Westminster» dayanacağında düşməlisiniz. 


Westminster körpüsünə adi gözlə baxdıqda belə orada nə qədər insanın toplaşdığını görmək mümkündür. Başqa sözlə desək, iynə atsan yerə düşməz.  Körpünün hər iki tərəfində inanların sayının çox olduğunu demək olar. 




Hətta turist avtobuslarda səfər edən turistlər də bu mənzərənin şəklini çəkməyə çalışır. 


Məndə belə bir təəssürat yarandı ki, Biq-Ben və Westminster körpüsündə dünyanın hər yerindən gəlmiş adamlar var idi. 



Körpünün üzərində nəqiliyyatın gedişi çox sıxdır 




Biq-Benə başqa bucaqdan baxdıqda belə mənzərə yaranır.  



Qüllənin ətrafında olan insan kütləsinə baxdıqda, adamda elə təəssürat yaranır ki, sanki bu insanlar heç zaman oranı təkr etmir və günün iyirmi dörd saatı qülləyə nəzarət edir. 




Bir az tarixə baş vuraq. Biq-Ben Londonda, Westminster sarayının altı zənginin ən böyüyü hesab olunur. Bəzən adı yanlış olaraq saata və ümumillikdə Saat Qülləsinə aid edirlər. İlk dəfə hazırlandıqda  Biq-Ben Böyük Britaniyada ən ağır zəng ünvanını alıb. Onun çəkisi 13,7 tondur. Amma 1881-ci ildə o, bu ünvanını Müqəddəs Pavl Kafedralı üçün hazırlanmış zəngə verib. Həmin zəngin çəkisi 17 tondur. 


Bu saat qülləsinin adının yaranması ilə bağlı çoxsaylı versiyalar var. Bir versiyaya görə, "Biq-Ben”in adı (Böyük Ben) tikintinin kuratoru, ser Benjamin Holun şərəfinə verilib. İkinci versiyaya görə bu ad ağır çəkili məşhur boksçu Benjamin Kauntun şərəfinə belə adlandırılıb. 

İndi isə qüllənin özünə gələk. Layihənin arxitektoru Oqastes Pyudjin idi. Tikilmə tarixi 1859-cu ildir. Qüllənin saatlarına gəldikdə onlar bu ilin mayında buraxılıb. Biq-Ben böyüklüyü ilə seçilir, belə ki, onun hündürlüyü 96,3 metrdir. Saatın oturacaq hissəsinin hündürlüyü isə 55 metrdir. 


2012-ci il sentyabr ayına kimi rəsmi adı "Westminster sarayının Saat qülləsi” olub. Amma Britaniya Parlamentinin qərarı ilə bu tikili indi Yelizaveta Qülləsi adlanır. Onu II Yelizavetanın 60 illik idarəçiliyinin şərəfinə  belə adlandırıblar. 


Westminster Saatları dünyanın dörd tərəfində ən böyük saatdır. Bu saatların layihəçiləri ser Edmund Bekett və krallığın astroloqu Corc Eyri olub. Saatı hazırlayan usta isə  Edvard Con Denti olub. 1853-cü ildə vəfat etdiyi üçün saatın hazırlanması, onun oğulluğa götürdüyü Frederik Dent tərəfindən 1854-cü ildə tamamlanıb. 

Saatların uzunluğu 4 metr, çəkisi isə 300 kqdır. Saatın ümumi çəkisi 5 ton, siferblatın diametri 7 metrdir. Hər siferblatın üzərində olan yazı isə latın dilində həkk olunub. Azərbaycan dilinə çevirdikdə belə alınır: "İlahi, sən bizim kraliça Birinci Viktoriyanı qoru”. Amma saatın sağ və sol tərəfində olan yazılar müvafiq olaraq – "Allah adına” və "Tanrının adına” kimi tərcümə olunur. 


Qeyd edim ki, Westminster  sarayını, ayaqdan başına kimi silahlanmış polislər müfahafizə edir. Əgər siz onlarla şəkil çəkdirmək istəyirsinizsə, onlar bundan imtina etməyəcək. 


Westminster qəsrinə daha yaxından baxmaq üçün şəkillər çəkdim. 



Əgər Biq-Benə başqa bucaqdan baxsaq, çox maraqlı görüntünün şahidi olacağıq. 


Əgər siz körpünün üzərində dursanız, sizin qarşınızda  Westminster sarayı, Biq-Ben, Londonun əsas çayı olan Temza və bir neçə gəzinti yerləri canlanacaq. Bir sözlə, şəhərin ən canlı mənzərəsini buradan izləmək mümkündür. 


Ammq qaranlıq düşdükcə, mənzərə dəyişir və saat qülləsi işıqlanır. 


Bununla da bizim Biq-Benlə olan tanışlığımız başa çatır. Amma Londonda səfərimiz hələ də davam edir...





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti