Bulvarda Caz-klub tikilir

18:07 | 14.11.2014
Bulvarda Caz-klub tikilir

Bulvarda Caz-klub tikilir

Dövlət Bayrağı Meydanından Su İdmanı Sarayına doğru ərazi abadlaşdırılır. Bulvar boyu bir sıra yeni obyektlər, o cümlədən caz-klub tikilir.ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, bu haqda məlumat Səbail Rayon İcra Hakimiyyətindən verilib. Bildirilib ki, hazırda Su İdmanı Sarayının inşası ilə əlaqədar ərazidə qeyri-yaşayış sahələri sökülür və ya başqa yerə köçürülür. Sarayın yaxınlığında, Bibiheybət-1 ünvanında yeraltı keçid tikilir. Abadlıq və tikinti işləri gələn il Bakıda keçiriləcək Olimpiya Oyunları ərəfəsində tam başa çatdırılacaq.Bulvarın genişləndirilməsi ilə bağlı Bayıl dairəsi də yenidən qurulub. Burada inşa olunan yeraltı keçidin tikintisi tamamlanıb. Həmçinin Bibiheybət yoluna aparan küçədə yeni park salınıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür