Bulvarda uşaqlara yeni il hədiyyəsi

11:29 | 26.11.2014
Bulvarda uşaqlara yeni il hədiyyəsi

Bulvarda uşaqlara yeni il hədiyyəsi

Yeni il öncəsi Dənizkənarı Bulvar ərazisindəki atraksionlardan uşaqlar pulsuz istifadə edəcəklər.ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu haqda Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib:“Dekabr ayında belə bir aksiyanın keçirilməsi gözlənilir. Adətən biz bayramlar ərəfəsində uşaqları sevindiririk. Bu il də yeni il ərəfəsində bir gün biz uşaqları sevindirəcəyik”.          N. Məcidov həmçinin bildirib ki, bu il bulvar ərazisində buz meydançası quraşdırılmayacaq. O, qeyd edib ki, yeni ilə 15 gün qalmış bulvar ərazisində “yolkalar”-ın quraşdırılmasına start veriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür