Xalq artisti Rasim Balayev ayağının sınması barədə yayılan xəbərlərə əsəbləşib.
"Ay dədə vay... Bunlar adamı öldürmək istəyirlər. Nə olub e? Adam yıxılar da. Deyəsən yazmağa şey tapmırlar e. İstəyirlər ki, adamın ölümünü də birinci xəbər versinlər. Saytlarının oxunmağ üçün belə şeyləri xəbərə çevirirlər".
"Ayağım evdə xalçaya ilişdi. Getdim rentgenə, dedilər ki, çıxıq yoxdur, burxulub. İndi maz sürtürəm. Onsuz da ayağımda problem var, normal addım ata bilmirəm, bəzən sol ayağımı sürüyürəm. Ayağımı sürüyəndə baş barmağım xalçanın qırağına ilişdi, yıxıldım".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !