Burada onların adını çəkməyə nə ehtiyac var? - Deputat/ VİDEO

12:10 | 22.10.2024
Burada onların adını çəkməyə nə ehtiyac var? - Deputat/ VİDEO

Burada onların adını çəkməyə nə ehtiyac var? - Deputat/ VİDEO

Milli Məclisdə təmsil olunmayan siyasi partiya rəhbərlərinin adını çəkib hər hansı fikir bildirmək doğru deyil. Bunu deputat Aydın Mirzəzadə deyib. 
 
"Parlamendə davamlı olaraq təmsil olunmayan siyasi partiya rəhbərlənin adı çəkilir. Buna nə ehtiyac var. Onların adı davamlı çəkildikcə mətbuatda gündəmdə qalırlar. O şəxslərdən danışmaq lazmdır ki, ölkənin siyasi gündəmində töhvəsi olur", - deputat oktyabrın 22-də "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib. 
 
Deputat Siyavuş Novruzov bildirib ki, xarici kəşfiyyata işləyən və özünü siyasətçi adlandıran bu şəxslərə vaxtında cavab vermək lazımdır.
 

 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM