"Qafqazinfo” xəbər verir ki, BBC-nin müxbiri Rayhan Demytrie-nin Azərbaycandan, cəbhə xəttindən hazırladığı reportajda belə deyilir. BBC müxbiri Ermənistan qüvvələri ilə təmas xəttində yerləşən Qəzyan kəndində olub, bu zonada, təhlükə altında yaşamağın çətinliklərinin şahidi olub. Kənd sakinlərindən biri olan Zamiq Axundov ona atəş altında yaşayışdan danışıb:
"Burada tez-tez atışma olur. Qızıl Xaç evi güllələrdən qorumaq üçün qalın kərpic divar hördürüb. Ancaq yenə də evimizin ikinci mərtəbəsindən istifadə edə bilmirik – çox təhlükəlidir. Ailəmiz beş nəfərdir, hamımız da aşağı mərtəbəbə qalırıq."
Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" sayılsa da, hərbçilər və dinc sakinlər arasında vaxtaşırı itkilər baş verir. Azərbaycan rəhbərliyi də itirilmiş torpaqlarını geri almaqla hədələyir: "Hər iki ölkə Rusiyadan silah alır. Müharibənin qızışması riski qalsa da, Rusiyanın bu münaqişənin içində olması hərbi varianta az əl yeri qoyur".
Bunu BBC-yə politoloq Ərəstun Oruclu deyir. Politoloqun fikrincə, kifayət qədər realist olan Azərbaycan hökuməti hərbi həllə hazırlaşmır. Digər tərəfdən Ermənistan Rusiyanın hərbi müttəfiqidir və növbəti 48 il ərzində də belə davam edəcək, çünki ərazisində Rusiyanın iki hərbi bazası yerləşir: "Azərbaycan bəzən özünü beynəlxalq səviyyədə yalqız hiss edir. Ukraynanın şərqində separatçıları dəstəklədiyinə görə, Rusiyaya Qərb tərəfdən güclü sanksiyalar qoyulur. Azərbaycanlılar da sual edir ki, niyə beynəlxalq ictimaiyyət Ermənistana belə bir təpki göstərmir?"
Müəllif qeyd edir ki, Bakı kənarında məcburi köçkünlər üçün tikilən yeni binalar status kvonun daimiliyi təəssüratını yaradır. "Ancaq küçədə rastlaşdığın hər bir kəs evə dönmək istəyini dilə gətirir," deyə BBC əməkdaşı vurğulayır. //Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !