"Business Time" jurnalı "İlin iş adamı"nı seçdi - "İşgüzar nüfuz-2014"

14:56 | 29.12.2014

"Business Time" jurnalı "İlin iş adamı"nı seçdi - "İşgüzar nüfuz-2014"

"Business Time" müstəqil biznes jurnalının münsiflər heyətinin qərarı ilə Anar Əlizadə "İlin iş adamı: İşgüzar nüfuz-2014" mötəbər mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, jurnalın dekabr ayında dərc edilən sayında bu mükafatın nə üçün məhz Əlizadəyə verilməsinin əsas səbəbləri sadalanır:

"Bu gün cənab Anar Əlizadə həm Azərbaycanda, həm də ölkədən kənarda iqtisadiyyatın müxtəlif sahələrində uğurla inkişaf edən bir neçə şirkətin təsisçisidir. Onun şəffaf, ədalətli və sərt idarə strategiyası bir çox yerli və beynəlxalq şirkətlərlə etibarlı tərəfdaş münasibətləri qurmağa, eləcə də dünya arenasında Azərbaycan biznesini layiqincə təmsil etməyə imkan yaradıb.

Biznesin beynəlxalq miqyasda aparılmasında şəffaf və səmərəli yanaşma və Azərbaycana qarşı düşmən qüvvələrlə mübarizədə öz ədalətli mövqeyini və milli maraqlarını cəsarətlə müdafiə etməsi mükafatın "İşgüzar nüfuz" milli nominasiyası üzrə məhz cənab A.Əlizadəyə verilməsi ilə bağlı müstəqil qərarın qəbul edilməsində əsas oldu".

Qeyd edək ki, Anar Əlizadə 2000-ci illərin əvvəllərindən həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda müxtəlif biznes sahələrində böyük uğurlar əldə edib. Anar Əlizadəyə məxsus olan "Union Grand Energy PTE" şirkətlər qrupu dünyanın ən nüfuzlu və mötəbər ölkələrindən biri - Sinqapurda təsis edilib. Bu şirkətdə cənab Əlizadə bütün mövcud şirkətlərini birləşdirib və onun nümayəndəliyini Azərbaycanda qeydiyyatdan keçirib. Nəticədə "Union Grand Energy" şirkətlər qrupu Azərbaycanın müxtəlif iş sahələri, o cümlədən neft sektorunda fəal iştirak edir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM