“Buta Airways” Mahaçqalaya uçuşları bərpa edir

15:19 | 03.03.2023
“Buta Airways” Mahaçqalaya uçuşları bərpa edir

“Buta Airways” Mahaçqalaya uçuşları bərpa edir

"Buta Airways” aviaşirkəti martın 15-dən Mahaçqalaya uçuşlar bərpa edir. Bu barədə cümə günü şirkətin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Buta Airways” martdan etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlara başlayacaq”, - deyə məlumatda bildirilir.
 
Şirkətdən verilən məlumata görə, Bakı-Mahaçqala-Bakı marşrutu üzrə uçuşlar martın 15-dən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək.

"Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir, "Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısının struktur bölməsidir. Onun təyyarələri Moskva, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufaya uçuşlar həyata keçirir, martın ortalarından isə Samara və Volqoqrada uçuşlara başlayacaq.

Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl bildirib ki, Azərbaycan və Rusiya aviadaşıyıcıları iki ölkənin şəhərləri arasında həftədə 135 reys həyata keçirir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM