• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib

Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
10.05.2025 22:30

Vatikan yeni seçilmiş Roma Papası XIV Leonun rəsmi gerbini təqdim edib.Bu barədə Papa Evinin Prefekturası açıqlama yayıb.

Gerb iki hissəyə bölünmüş qalxan şəklindədir. Sol tərəfdə, mavi fonda ağ zanbaq Tanrı Anasının saflığını və günahsızlığını simvolizə edir. Sağ tərəfdə isə Avqustin ordeninin simvolu – alovlu bir ürək təsvir olunub. Ürəyin içində bir kitab (İncil) yerləşdirilib və o, oxla deşilib – bu da Müqəddəs Avqustinə istinadən “Sən öz sözünlə ürəyimi vurdun” ifadəsini əks etdirir.

Gerbin altında Papa XIV Leo-nun seçdiyi deviz yer alıb: “Hamısı bir olsun”.

Ənənəyə uyğun olaraq, gerbdə iki çarpaz açar – səma və yer səltənətlərinin simvolu da əks olunub.XVI Benediktdən başlayaraq, papalar ənənəvi papa tacı (diadem) təsvirindən imtina ediblər. Onun yerini pontifiklərin geydiyi mitrə (uc formalı papaq) alıb və bu dəyişiklik XIV Leo-nun gerbində də öz əksini tapıb.

Kardinallarla keçirilən səhər görüşündə Papa XIV Leo bildirib ki, ad seçimində XIII Leo-ya istinad edilib – bu addım sosial məsələlərə diqqət çəkmək məqsədi daşıyır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol