Bütün sosial şəbəkələr yasaqlandı

19:00 | 13.01.2021
Afrika ölkəsi olan Uqandada bütün sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

"Whatsapp"ın qərarından sonra ölkə ərazisində heç bir sosial şəbəkəyə girmək mümkün olmayıb. Qərarın təhlükəsizlik məqsədləri ilə verildiyi bildirilib. Bütün sosial şəbəkələrin və virtual ünsiyyət platformalarının təhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı yerli qanunvericiliyin tələblərini pozduğu qeyd olunub.

Siyasi çevrələr isə hakimiyyətin azadlıqları məhdudlaşdırmaq arzusu olduğunu, "Whatsapp"ın qərarının bəhanə kimi istifadə olunduğunu bildirərək narazılıqlarını ifadə ediblər.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal