BVF: Azərbaycanda növbəti devalvasiya gözlənilmir

18:43 | 08.06.2015
BVF: Azərbaycanda növbəti devalvasiya gözlənilmir

BVF: Azərbaycanda növbəti devalvasiya gözlənilmir

"Dövlətin valyuta ehtiyatları sabitləşib”

Azərbaycanda növbəti devalvasiya gözlənilmir.
 
"APA-Economics”in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi deyib.
 
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında devalvasiyanın növbəti dalğası ilə bağlı narahatlıq yoxdur: "Çünki dövlətin qızıl, valyuta ehtiyatları sabitləşib. Fikrimcə, növbəti devalvasiya olmayacaq. Amma iqtisadiyyatında neftin ixracda payının 95% təşkil etdiyi bir ölkədən danışanda Rusiya ilə Azərbaycanı müqayisə etməyək. Çünki Azərbaycan iqtisadiyyatı neftdən olduqca asılıdır. Bu təqdirdə açıq məzənnə siyasətinə keçmək çətin olardı. Neft ixracından əldə edilən gəlirlərin həcmi xeyli azalardı. Ona görə də biz hökumətə çevik valyuta məzənnəsinə tədricən keçməyi tövsiyə etdik ki, bu dövr ərzində qeyri-neft ixracatından əldə olunan mədaxil artsın”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM