"Dünya pul dünyası, var dünyasıdır. Bu gün bizim imkanımız var, istədiyimiz futbolçuları də alırıq. Sizin imkanınız olsa, siz də arzuladığınız futbolçuları alarsınız".
ANN.Az-ın "futbolxeber.az"a istinadən verdiyi məlumata görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının III təsnifat mərhələsində “Çixura” ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.Təcrübəli mütəxəssis rəqibin geridönüş etmək üçün gec ayıldığını qeyd edib: "Çixura" çox gec, 3:1-dən sonra ayıldı. Qatar artıq getmişdi. Futbolçularımız ələ düşən imkanlardan yararlansaydılar, hesab 5:1 və ya 6:1 olardı. Artıq ikinci dəfədir Gürcüstan klubunu mübarizədən kənarlaşdırırıq. Azərbaycanlı jurnalistlər də şahiddirlər ki, ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar”. Qeyd edək ki, səfərdə "Çixura"nı 3:2 hesabı ilə məğlub edən "Neftçi" tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsində oynamaq hüququ qazanıb. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !