Böyük Britaniya neft ixracı üçün alternativ yollar tapmaqda Qazaxıstana kömək edəcək

22:00 | 18.03.2023
Böyük Britaniya neft ixracı üçün alternativ yollar tapmaqda Qazaxıstana kömək edəcək

Böyük Britaniya neft ixracı üçün alternativ yollar tapmaqda Qazaxıstana kömək edəcək

"Böyük Britaniya enerjidaşıyıcıların ixracı üçün alternativ yollar tapmaqda Qazaxıstana kömək etmək niyyətindədir”.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Qazaxıstanın XİN rəhbərliyi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Qazaxıstan neftinin və qazının tədarükü ilə bağlı yaranan fasilələri müzakirə etmək imkanım oldu. Biz Qazaxıstan məhsulları - istər neft, istər qaz, istərsə də digər məhsulların ixracı üçün alternativ yollar tapmaq məqsədilə Böyük Britaniyanın Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin inkişafına necə dəstək verə biləcəyini müzakirə etdik. Biz iqtisadi bazanın qorunması və şaxələndirilməsi yollarını araşdırmaq üçün Qazaxıstan hökuməti ilə işləməyə davam edəcəyik", - Ceyms Kleverli deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb